Meteoroloqlar 2017-ci ilin yayın ilk ayında havanın soyuq keçməsinin səbəbini tapıblar. Buna səbəb kimi, Çinin “Mo-Czı” adlanan peyki ilə kvant yerdəyişməsi təcrübəsi aparmasının olduğu düşünülür.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, aparılan yoxlamalar zamanı tədqiqatçılar diqqət yetiriblər ki, Çinin təcrübə keçirdiyi günlər, hava pisləşir: leysan yağır, güclü külək əsir.

Peykin göndərildiyi hündürlük 4-6 min metr arasındadır. Meteoroloqlar bu ərazidə olan hava ionlarının kəskin pisləşdiyini və bu səbəbdən havanın anormal keçdiyini bildiriblər.

Lakin meteoroloqlar əmin edirlər ki, tezliklə atmosferdə olan zərrəciklərin konsentrasiyası normaya qayıdacaq və havada düzələcək.