Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə, ötən gecə Sulutəpə qəsəbəsində 59 yaşlı Ağayev Əlizadə Mirağa oğlu qardaşı ilə mübahisə edib. Mübahisə böyüyərək əlbəyaxa davaya çevirilib. Əlbəyaxa dava zamanı qardaşı Əlizadə Ağayevə qarnının ön divarına və döş qəfəsinə 9 bıçaq zərbəsi vurub. Xəsarət alan Əlizadə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Cinayəti törədən şəxs artıq saxlanılıb. Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.