Prodüserlərin fikrincə, indi tamaşaçıların diqqətini daha çox Brenton Tuets və Kay Skodelario aktyorları cəlb edir.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, “Karib dənizinin quldurları” filminin prodüserləri aktyor Conni Deppdən və ya qəhrəman Cek Sərçədən imtina edəcəklər.

Qəzetin verdiyi məlumata görə, əvvəllər 54 yaşlı Conni Deppin “Karib dənizinin quldurları” filmində quldur rolunu qeyri-adi üsulla oynaması insanlar arasında böyük marağa səbəb olmuşdur.