“Azərsu” su ilə bağlı əhaliyə xəbərdarlıq edib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun və Mərdanov qardaşları küçələrindən keçən magistral su kəmərlərinin köçürülməsi ilə əlaqədar 21 iyun 2017-ci il tarixində saat 09:00-dan 15:00-dək  Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.