Belçikanın paytaxtı Brüsselin Mərkəzi Stansiyasında partlayış baş verib.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, üzərində partlayıcı gödəkcə olan naməlum şəxs özünü şübhəli aparıb.

Dərhal polis müdaxilə edib və həmin şəxs vurulub. Stansiyada kiçik partlayış da baş verib. Terrorçu yaralı olaraq ələ keçirilib. Sərnişinlər arasında xəsarət alan yoxdur.

Polis ərazini nəzarətə götürüb. Stansiyaya giriş-çıxış bağlanıb, qatarların hərəkəti dayandırılıb.

Hadisə yerində araşdırma aparılır.