Paytaxtda kütləvi dava. AzEuroNews.com-un məlumatına görə, xəsarət alan var. Hadisə Səbail rayonunda qeydə alınıb. Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsində 50 yaşlı Xəlilov Vüqar Əliheydər oğlu tanışları ilə mübahisə edib. Mübahisə sonradan əlbayaxa davayla nəticələnib. Bu zaman Vüqar Xəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.