Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Badamdar qəsəbəsində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. AzEuroNews.com-un məlumatına görə,
Əməliyyat nəticəsində iyunun 18-19-da rayon ərazisində 1 evdən, 1 mağazadan, 1 torpaq sahəsindən və 1 emalatxanadan müvafiq olaraq gümüş sırğa, noutbuk, velosdiped, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nadir Məmmədov tutulub.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs əsasən qonşuluğunda yaşayan şəxslərin evlərindən oğurluq edib.
Qeyd edilən faktlarla bağlı toplanan material Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.