Milli Məclisin iyunun 30-da keçiriləcək növbədənkənar iclasının gündəliyinə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi də daxil edilib.Qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsi nədən irəli gəlir?

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bu barədə Modern.az-a açıqlama verib.

Deputat  bildirib ki, neftin qiymətindəki artım dövlət büdcəsinə əlavə gəlirlər gətirib. “Ola bilsin ki,  bununla əlaqədar olaraq dövlət büdcəsinin həm gəlir, həm də xərc hissəsinə müəyyən dəyişikliklər edilsin. Çünki biz neftin qiymətini 40 dollardan hesablamışdıq. Amma son beş ayda neftin qiyməti 40-50 dollar arasında oldu. Bu da təbii ki, dövlət büdcəsinə əlavə vəsait gətirib”.