Rusiyada keçirilən Konfederasiyalar Kubokunun qrup mərhələsində 2-ci tur oyunlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun və günün ilk matçında ev sahibi Rusiya son Avropa çempionu Portuqaliya ilə qarşılaşıb.

Matça sürətli başlayan Portuqaliya 8-ci dəqiqədə hesabı açıb. Ronaldonun qolu ilə önə keçən portuqallar üstünlüyünü sona qədər qoruya bilib.

Beləliklə, Portuqaliya qrupdakı xalını 4-ı çatdırıb. Rusiya isə 3 xalda qalıb.

Rusiya – Portuqaliya 0:1

Qol: 8 – Ronaldo