Tuba Büyüküstünlə adı eşq dedi-qodularında hallanan Umut Evirgen həbs olunub.

“Qafqazinfo” Hürriyet qəzetinə istinadən xəbər verir ki, iş adamı ötən gün axşam saatlarında İstanbul Ədalət Sarayına aparılıb. Dindirilən Ümit Evirgen və onun iki mühafizəçisi tutulub.

Aktrisa Tuba Büyüküstün haqqında isə hər hansı bir rəsmi addım atılmayıb.

Xatırladaq ki, iş adamı sevgilisi Tuba ilə şəkillərini çəkən fotoqrafa zor tətbiq etməkdə ittiham olunur.