21 avqust tarixində Şimali Amerikanın sakinləri nadir günəş tutulması hadisəsinin şahidi olacaqlar.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, iki ay sonra, ABŞ-ın qərb sahilindən şərq sahilinə qədər qaranlıq olacaq.

Bu xəbəri eşidən bir çox insan günəş tutulmasını izləmək üçün ABŞ-a səfər etməyi planlaşdırır.

Xatırladaq ki, Amerika ərazisində son günəş tutulması 99 il əvvəl olub.

NASA-nın verdiyi məlumata əsasən, avqustda baş verəcək günəş tutulması nəticəsində hava şəraiti və heyvanların davranışlarında dəyişikliklər müşahidə ediləcək.