32 yaşlı Britaniyanın taxtının varisi, kiminsə kral və ya kraliça olmaq istədiyini düşünmədiyini deyib.

AzEuroNews xarici mediaya isitinadən xəbər verir ki, həyatı və krallığın gələcəyi ilə bağlı müsahibə verən şahzadə Herri, kral ailəsindən heç kimin taxtı istəmədiyini söyləyib.

Lakin şahzadə xalqın rifahı naminə, vaxtı gələndə öz öhdəliklərini yerinə yetirməyə hazır olduğunu bildirib.