Bakının Yasamal rayonu ərazisində qətl törədilib. AzEuroNews.com-un məlumatına görə, hadisə “Nizami” metrostansiyası yaxınlığında qeydə alınıb. Sözügedən ərazidə usta işləyən Sənan adlı şəxs məşuqəsi 29 yaşlı Əliyeva Mahirə Tofiq qızı  ilə mübahisə edib və onu vuraraq evdən qovub. Bununla kifayətlənməyən Sənan qadını təqib edib və tanışları ilə onun kirayə qaldığı evə gəlib. Qapını onların üzünə ev sahibəsi Mətanət Həsənova açıb. İçəri daxil olan şəxslərdən ikisi ev sahibinin əl-qolunu tutublar, Sənan isə qadına iki bıçaq zərbəsi endirib. Qadın qara ciyər nahiyəsində ciddi xəsarət alıb. Sənan qadının  köməyinə gələn oğlu, 26 yaşlı Həsənov Laçın Gülbala oğlunu da bıçaqlayıb. Daha sonra məşuqəsi Mahirənin ürək nahiyəsinə 4 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Cinayəti törədən Sənan hadisə yerindən qaçıb.

Hadisə zamanı bıçaq xəsarəti alan ana və oğul 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. Polis cinayəti törədən şəxsləri axtarır.

5d183374-a1a7-408b-8880-578463c9834d 5deda9c4-0e08-4e83-bab0-7aad903c1728 656d40bf-de3e-4fa8-9251-07e593c6c3e3 ca0a73cd-ee3c-49ea-9af3-0b3f249b66f4 f24e6f19-b4dc-403b-9676-d532c65c9cc6