Bu gün Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirəcək. Komandanın rəqibi Çexiyanın “Viktoriya” klubu olacaq.
Komandalar arasında ilk matç saat 21:15-də Plzen şəhərinin “Dusan Arena” stadionunda keçiriləcək. Görüşün hakimi makedoniyalı Aleksandar Stavrevdir.
“Qarabağ” və “Viktoriya” arasında statistikaya gəldikdə isə, bu iki komanda rəsmi oyunlarda indiyə qədər üz-üzə gəlməyib. Lakin Azərbaycanın futbol azarkeşləri iki oyunun nəticəsinə görə “Qarabağ”ın mərhələ adlayacağına böyük ümidlər bəsləyirlər.
“Qarabağ” “Viktoriya” ilə cavab matçını 1 həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.