Qızın boyu 195smdir, ayağının uzunluğu isə – 129,5smdir. Məktəbdə onu “uzun ayaq” və “zürafə” adlandırırdılar. Buillinq ona idmanda müvəffəqiyyət qazanmağa kömək edib.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, “Mənim ayaqlarım mənim xoşuma gəlir. Mən başqa cür olmaq istəməzdim, – deyə o bildirib. Mən hesab edirəm ki, mənim ayaqlarımın uzunluğu rekord dərəcəsindədir. Mənim hündür olmaq xoşuma gəlir”.

Çeys öz bədəninə həmişə müsbət yanaşmırdı. Beləliklə o, 12 yaşında 185sm olub – orta yaşlı kişinin boyu qədər.

“Uşaqlıqda balaca boy olmaq istəyirdim. İnsanlar sənin haqqında xoşagəlməz sözlər deyəndə bu asan olmur. Elə vaxt olurdu ki, evdən çıxmaq istəmirdim. Lakin indi kinoteatrda mənim arxamda olan insana yazığım gəlir”.

Yeni həyat baxışına baxmayaraq, onun şəxsi həyatında problemlərin olmasını etiraf edir.

2-68 - копия6-69 - копия 4-69 - копия 3-67 - копия 2-68 - копия 15-60 - копия