Yerevanda polis post patrul xidməti polkunun binasını ələ keçirən silahlı qrup daha bir polis avtomobilini yandırıb.

RİA Novosti xəbər verir ki, bunu Ermənistan polisinin mətbuat katibi Aşot Aqaronyan deyib.

O, “feysbuk” səhifəsində yazıb: “Samand” markalı daha bir post patrul xidməti avtomobili silahlılar tərəfindən yandırılıb”.