Amerikalı qadınlar first lady Melaniya Trampa bənzəmək üçün sıraya düzülüb.

“Qafqazinfo” Xarici KİV-ə istinadən xəbər verir ki, qadınlar bunun  üçün estetik əməliyyat keçirməyə başlayıblar.

Bu barədə açıqlamanı isə Amerikanın dünyaca məşhur plastik cərrahı Franklin Rouz verib. Onun sözlərinə görə, bir müddət əvvəl qadınlar İvanka Trampa bənzəmək istəsələr də, indi artıq trend dəyişib:

“Artıq onların yeni ikonu Melaniya Trampdır. Hətta bu yaxınlarda xərçəngə qlaib gələn bir xəstəm də özünü  daha yaxşı hiss etmək üçün first lady-ə bənzəmək istəyir”- deyə həkim qeyd edib.