Paytaxtda taksi sürücüsü qəza törədib. AzEuroNews.com-un məlumatına görə, hadisə Nəsimi rayonunda baş verib. Xan Şuşinski küçəsi ilə hərəkətdə olan “Hyundai Akcent” markalı avtomobilin sürücüsü, 24 yaşlı Rufullayev Zaur Elşən oğlu “STOP” yazılı yol nişanının tələbinə əməl etməyib və Vaqif prospekti ilə hərəkət edən, Arif Allahverdiyevin idarə etdiyi “Opel” markalı avtomobilin qarşısına çıxıb. Bu zaman avtomobillər toqquşub və “Hyundai” zərbədən deformasiyaya uğrayıb. Hadisə zamanı avtomobilin içərisində olan sərnişin, 28 yaşlı Nigar Həsənova ağır kəllə-beyin travması alaraq komaya düşüb.
Hadisə zamanı sürücü də xəsarətlər alıb. Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, “Hyundai” markalı avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğuldur. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzaya uğrayan avtomobillər cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırma aparılır.