Almaniya Türkiyəyə səyahət edəcək olan vətəndaşlarına xəbərdarlıq edib. AzEuroNews.com-un məlumatına görə, Almaniya Daxili İşlər Nazirliyi tərəfindən edilən xəbədarlıqda qeyd olunub ki,  Türkiyədə daxili gərginlik hələ də davam edir.

“Daxili gərginliyin davam etdiyi ölkədə tez-tez siyasi yönümlü aksiyalar təşkil olunur. Bu zaman xoşagəlməz hadisələr, qarşıdurmalar yaşanır. Həyat təhlükəsizliyiniz baxımından o tip aksiya və ya aksiyaların keçirildiyi məkanlardan uzaq durmağınızı tələb edirik” deyə yayılan xəbərdarlıqda qeyd olunur.