“Ölkə.Az” xəbər verir ki, prezidentin köməkçisi ifadə vermək üçün hakim qarşısına çıxmalıdı. ivankaİvanka ayaqqabı dizaynında plagiatla ittiham edilir.

“Aquazzura” brendi düşünür ki, İvanka şəxsi ayaqqabı markası yaradanda onların ayaqqabılarının dizaynını plagiat edib. Sözügedən brendin ayaqqabıları 780 dollardan baha olsa da, prezident qızının istehsal etdiyi ayaqqabılar 150 dollara satılır.

İvanka 2017-ci ilin oktyabr ayına qədər dinləmələrə təşrif buyurmalıdır. Məhkəmə prezident qızına prosesin getdiyi Nyu-Yorkda yox, Vaşinqtonda ifadə verməyə icazə verib.