Bu gün Azərbaycan məscidlərində Ramazan bayramı namazı qılınıb.

“Report” xəbər verir ki, Təzə Pir məscidində qılınan bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edib.

QMİ sədri bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını Ramazan ayının başa çatması və bayram münasibətilə təbrik edib.

Qeyd edək ki, Ramazan ayı mayın 27-də başlayıb və  iyunun 26-da başa çatıb.