Ruslar ölkə tarixinin ən görkəmli insanlarının adlarını sıralayıblar.

“Qafqazinfo” xəbər verir ki, ölkədə keçirilən sorğunun nəticəsində ilk beşliyə düşənlər İosif Stalin (38%), Vladimir Putin və Aleksandr Puşkin (34%), Vladimir Lenin (32%) və Birinci Pyotr (29%) olub.

Bu il ilk onluğa düşənlər arasında Yuri Qaqarin, Lev Tolstoy, Qeorqi Jukov, Yekatrina II və Lermontov da var.

Sorğu aprelin 7-10-da yaşı 18 və ondan yuxarı 1600 insan arasında keçirilib.