Rumıniya prezidenti Klaus İohannis ölkənin yeni baş nazirini təyin edib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bu vəzifə hazırda iqtisadiyyat naziri vəzifəsini müvəqqəti icra edən Mihai Tudoseyə həvalə olunub.

Yeni baş nazirin namizədliyi Rumıniyanın hakim Sosial Demokrat Partiyası (SDP) tərəfindən irəli sürülüb. SDP-nin sədr müavini, 50 yaşlı M.Tudose 25 ildir partiyanın üzvüdür. O, sabiq baş nazirlər Viktor Ponta və Sorin Qrindyanu hökumətlərində iqtisadiyyat naziri işləyib.

Ötən həftə Rumıniya parlamentində hökumətə etimadsızlıq məsələsi müzakirəyə çıxarılıb. Səsvermə nəticəsində deputatlar baş nazir Sorin Qrindyanu hökumətini istefaya göndəriblər.