Almaniyadan sığınacaq istəyən qaçqınların son günlər rədd cavabı alması və “Dublin Sazişi”nə görə gəldikləri ilk Avropa ölkəsinə zorla qaytarılmaları dünya mediasının gümdəmindən düşmür. AzEuroNews.com-un məlumatına görə, qaçqınları gözləyən təhlükə təkcə bunlardan ibarət deyil. Belə ki, Almaniyada fəaliyyət göstərən sağ radikal partiya funksionerlərinin tez-tez qaçqınlarla bağlı sərt mövqe sərgiləməsi sadə xalq arasında sığınmacılara qarşı mənfi fikirlərin formalaşması ilə nəticələnib. Almaniya Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, artıq hər gün ən azı 10 qaçqın yerli almanların hücumuna məruz qalır. Məsələn, Almaniyada Sol Partiyadan olan deputat Ulla Jelpkenin sorğusuna verilən cavabda qeyd olunur ki, 2016-ci ildə qaçqınlara qarşı toplam 3 min 533 hücum qeydə alınıb. Buna əlavə olaraq Almaniyanın qaçqın siyasətinə yox deyən yerli almanlar 217 yardım təşkilatına hücum gerçəkləşdiriblər.

Federal Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təkçə keçən il 2 min 545 hücum birbaşa qaçqınlara, 988 hücum isə, onların yerləşdiyi kamplara gerçəkləşdirilib. Eyni zamanda baş verən hücumlar zamanı bir çox qaçqın yataqxanası qəsdən yandırılıb.

Bremendəki yanğın qəsdən törədilmişdi…

İyunun 11-də Almaniyanın Bremen şəhərində qaçqın yataqxanasında baş verən yanğının araşdırlması zamanı məlum oldu ki, burada yanğın qəsdən törədilib. Yataqxanaya daxil olan bir qrup naməlum şəxs yanğın çıxardaraq yataqxananı tərk ediblər. İşi araşdıran Almaniya Yanğın Təhlükəsizliyi İdarəsi və polisi də yanğının qəsdən törədildiyi ilə bağlı arayış vermişdi.

2.bild_-1

Məlumat üçün bildirək ki, yanğın beş mərtəbəli yaşayış binasına qeydə alınmışdı. Əsasən Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistan kimi ölkələrdən olan qaçqınların olduğu yataqxanada 76 ailə yaşayırmış. Yanğın zamanı azərbaycanlıların da olduğu 37 nəfər xəsarət almışdı.

Azyaşlılara təcavüz faktları artmaqda davam edir…

Almaniayda demək olar ki, hər gün yerli əhalinin iştirakı ilə qaçqınlar əleyhinə aksiya təşkil olunur. Son günlər qaçqın yataqxanalarında azyaşlı uşaqların afrikalı gənclər tərəfindən təcavüzə məruz qalması kütləvi aksiyaları yenidən gündəmə gətirib. Hətta bəzi şəhər sakinləri hökumətə müraciət edərək bildiriblər ki, şəhərlərindəki qaçqın yataqxanaları sökülməsə fasiləsiz aksiyalara start veriləcək.

Məlumat üçün qeyd edək ki, belə bir olay ötən gün Herfordda qaçqın yataqxanasında yaşayan bir azərbaycanlı ailənin də başına gəlib. Belə ki, adı açıqlanmayan 10 yaşlı qız Qana Respublikasından gələn 29 yaşlı bir oğlan tərəfindən zorlanıb. Alman Qızıl Xaç Cəmiyyətinə bağlı olan qaçqın düşərgəsində  baş verən hadisədən sonra 10 yaşlı azərbaycanlı qız xəstəxanaya gətirilib. Polis hadisə ilə bağlı qaçqın kampına gəlib və 10 yaşlı qızı zorlayan qanalı şəxs həbs olunub.

Bu hadisə Almaniyada qaçqın düşərgələrində azyaşlılara qarşı təcavüzü yenidən gündəmə gətirib. Belə ki, “westfalen-blatt.de” saytının yazdığına görə, 2016-ci ildə də buna oxşar bir hadisə baş verib. 7 yaşlı qız 33 yaşlı bir kişinin təcavüzünə məruz qalıb. Eyni zamanda xəbərdə vurğulanır ki, keçmiş Sovetlər Birliyi ölkələrindən olan qızların afrikalılar tərəfindən tez-tez təcavüzə məruz qalması ilə bağlı polisdə kifayət qədər fakt qeydə alınıb.

Qaçqın yataqxanalarına polis nəzarət edəcək

Qaçqın yataqxanalarına yerli əhalinin hücumu burada yaşayan qaçqınların həyat təhlükəsizliyini yenidən gündəmə gətirib. Almaniya Miqrasiya və Qaçqınlar İdarəsinin (BAMF) Federal Daxili İşlər Nazirliyinə müraciəti əsasında yataqxanalara nəzarət bələdiyyə təhlükəsizlik xidmətlərindən alınaraq polisə verilib.

polis alarm

Artıq bir çox yataqxanada birbaşa polis və ya yanğınsöndürənləri çağırmaq üçün xüsusi aparat quraşdırılıb. Eyni zamanda yataqxanalar izləmə kameraları ilə təhciz olunub.