Türkiyə Suriyanın şimalında yeni geniş hərbi əməliyyatlara və hətta Mənbic və Rəqqa şəhərlərini öz nəzarət zonasına daxil etməyə hazırlaşır.

“Report” xəbər verir ki, bunu “İzvestiya” nəşrinə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, eyni zamanda Türkiyənin strateji tərəfdaşı olan ölkələrin kürdlərin “Demokratik ittifaq partiyası” və “Xalq özünümüdafiə dəstələri” terrorçuları ilə əlbir fəaliyyət göstərmələrindən təəssüfləndiyini bildirib.

Amerikanın kürdlərə silah tədarük etməsi Türkiyə liderində xüsusi narazılıq doğurub.