Bakıda gənc model, gözəllik müsabiqələrindən birinin iştirakçısı olan Günel Mirzəyeva vəfat edib.
Bu barədə modelin yaxın dostu “1news.az”a məlumat verib. O bildirib ki, rəfiqəsi dənizdə boğulub: “Hadisə “vəhşi” çimərlikdə baş verib. O, dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. Günel üzə bilmirdi. Yanındakı şəxs xilas ola bilib, o isə yox”.
14-cü Polis Bölməsindən APA-ya bildirilib ki, bu gün Günel Mirzəyevanın meyiti batdığı yerin yaxınlığında aşkar edilərək sudan çıxarılıb.
Xatırladaq ki, G. Mirzəyeva “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı, fitness məşqçisi olub.
19511161_10155256220440853_4198762654313762787_n