Almaniyanın kansleri Angela Merkelin əleyhinə səs verməsinə baxmayaraq, Almaniyada eyni cinslərin nigahı haqda hazırlanmış qanun təklifi təsdiqlənib.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, Aİ-nın liberalları tərəfindən sevilməsinə baxmayaraq, bəzi məsələlərdə Angela Merkel “köhnə fikirlidir”.

Xanım kansler təsdiqlənmiş qanun haqqında fikirlərini mətbuatla paylaşıb və verdiyi açıqlamada qanunun əleyhinə səs verdiyini, evliliyin kişi ilə qadın arasında olmalı olduğunu düşündüyünü deyib.

Qeyd edək ki, Angela Merkelin səsləndirdiyi bu fikir sosial mediada müzakirə mövzusuna çevrilib.