ATV-nin ararıcısı Nərgiz Vahabqızı plastik əməliyyatlarla bağlı fikirlərini bölüşüb. AzEuroNews.com-un yenicag.az-a istinadən verdiyi məlumata görə, aparıcı bildirib ki, burnundan başqa, bədəninin heç bir nahiyəsində əməliyyat etdirməyib:

“Plastik əməliyyatlara münasibətim çox müsbətdir. Əgər ehtiyac yaranarsa, etdirməyin tərəfdarıyam. Qüsurla gəzib, komrlekslərlə yaşamaqdansa, bu komrlekslərdən qurtulub rahat, azad ömür sürmək yaxşıdır. Nə vaxtsa hər hansı bir rroblemlərlə üzləşsəm, mütləq onun qarşısını almağa çalışacam. Özümə gəlincə, bircə burnumu əməliyyat etdirmişəm, bunu da heç kimdən gizlətməmişəm. Bəzən sosial şəbəkələrdə nələrsə yazılır ki, ay üzünə botoks, gellər, daha nə bilim nələr vurdurub. Belə sözləri eşidəndə, heç qıcıqlanmıram da. Normal qarşılayıram. Çünki görünüşümdə elə bir dəyişiklik də yoxdur. Boyumu uzatmamışam, bədənimi də əməliyyat etdirib, yığdırmamışam. Allah necə yaradıb, eləyəm.”

nergiz-azeuro-1 nergiz-azeuro-2 nergiz-azeuro-3 nergiz-azeuro-5 nergiz-azeuro-6