ABŞ-ın Kaliforniya ştatında “Cessna 310” kiçik ölçülü təyyarə “Con Ueyn” hava limanından qalxdıqdan qısa müddət sonra yaxınlıqdakı avtomobil yoluna düşüb.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, təyyarə yerə çırpılmadan öncə bir avtomobili sürüyüb və daha sonra yanıb.

Hadisə nəticəsində təyyarədəki pilot və köməkçisi xəsarət alıb.

İnsidentdən sonra yolda hərəkət 1 saata yaxın dayanıb.

Polisin və xilasedicilərin köməkliyi ilə yol yenidən açılıb.