“New York Post” qəzeti ABŞ Prezidenti Donald Tramp haqqında cəmi üç sözdən ibarət məqalə dərc edib.
Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Trampın tvitləri barədə” sərlövhəli məqalə nəşrin redaksiyasının fikirlərini əks etdirən materiallar bölməsində yerləşdirilib. Bütün mətn bu üç sözdən ibarətdir: “Dayan. Sadəcə dayan”.
“New York Post” qəzeti məqalənin elektron versiyasında Trampın qalmaqala səbəb olan tviti barədəki digər məqaləyə keçid yerləşdirib. Donald Tramp həmin tvitdə onu tənqid edən MSNBC telekanalının iki aparıcısının birini “dəli”, digərini “psixopat” adlandıraraq təhqir edib.