Yüksək yaşayış səviyyəsi ilə tanınan Almaniyada  17 min 400 milyonçu var. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, bu barədə Federal Statistika İdarəsi məlumat yayıb. Açıqlanan statistikaya görə, Alamaniyada milyonçu sayı 2013-cü ildə 17 min 400 nəfərə yüksəlib. Bu da 2010-cı ilə görə 2 min 800 nəfər daha çox milyonçu deməkdir. Ancaq dövlətin ən çox vergini milyonçulardan deyil, başqa qrupa mənsub olan insanlardan aldığı məlum olub.

2013-cü ilin statistikasına görə, Almaniyada toplam 39.8 milyon nəfər vergi verir. Onların 17 min 400-ü ildə 1 milyon Avronun üzərində bir gəlirə sahibdir.