Türkiyə mediası Azərbaycan gəlmək üçün 15 səbəbi açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, “Hürriyeti”in hazırladığı yazıda ölkəmizin gözəlliyindən, qonaqpərvərliyindən və digər məqamlardan bəhs edilib. Yazıda qeyd edilir ki, Azərbaycana səfər etmək üçün ən vacib 15 səbəb var.

1. İki millət, bir dövlət.

Azərbaycanda sizin türk olduğunuzu bilən hər kəs sizə qarşı xüsusi simpatiya göstərəcək.

2. Türklər xarici ölkədə ən çox dil problemi yaşayır. Azərbaycan isə bu problemlə üzləşməyəcəyiniz ölkədir.

3. Azərbaycana səfər etmək üçün ən vacib səbəblərdən biri yeməkləridir. Ölkənin çox zəngin və dadlı mətbəxi var.

4.  Musiqi tarixi də mətbəxi qədər zəngindir. 

5. Tarixsevərlər bu ölkənin necə qədim tarixə sahib olduqlarını, yəqin, bilirlər. İçərişəhər mütləq gəzməli və görməli olduğunuz bir yerdir.

6. Bakıda diqqət çəkən sahələrdən biri də muzeylərdir. 

7. İçərişəhərdə gəzərkən üzərində qadın portretləri olan bir ağac diqqətinizi çəkəcək. Xüsusilə turistlərin böyük marağına səbəb olan bu ağac rəssam Əli Şəmsinin emalatxanasının yanındadır. Orada olan zaman rəssamla mütləq görüşməlisiniz

8. Dünyanın ilk ve tək miniatür kitap muzeyi Azərbaycandadır Muzeydə 66 ölkədən kitab nümayiş edilir. Hətta kitablardan biri “Ginnesin Rekordlar Kitabı”na düşüb.

9. Azərbaycan deyəndə ilk ağla gələnlərdən biri neftdir. Bu sərvət mənbəyinin eyni zamanda əhəmiyyətli bir şəfa vasitəsi olduğunu bilirsinizmi? Neft Azərbaycanda,  xüsusilə də Naftalan rayonunda onlarla xəstəliyin müalicəsində istifadə olunur. 

10. Azərbaycanın ən möhtəşəm yerlərindən biri  Heydər Əliyev mərkəzidir. Bakıda olan zaman mərkəzi görmədən şəhəri gəzməyin

11. “Odlar ölkəsinin küləklər şəhəri” kimi tanınan Bakıya niyə bu adın verildiyini şəhərin ən yüksək nöqtələrindən biri olan Dağüstü parka qalxanda anlamaq olur

12. Dost və qardaş ölkə Azərbaycanla dilimiz, dinimiz, yeməklərimiz, mədəniyyətimiz və bir çox ortaq nöqtəmiz var. 

13. Bakını gəzərkən geniş prospektlərdəki əzəmətli tikililər diqqətinizi çəkəcək. 

14. Paytaxt Bakı başda olmaqla, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biri. Bir çox ölkədə turistlərin baş bəlası olan “oğurluq, soyğun və təcavüz” kimi cinayətlər Azərbaycanda demək olar ki, baş vermir. 

15. Bakı tam bir alış-veriş cənnəti. Dünyanın ən məşhur brendləri paytaxt  küçələrinə ayrı bir canlılıq qatır. 

Aysel Kərimova