Nardaran sakini silah-sursat və narkotiklə tutulub. AzEuroNews.com-un məlumatına görə, Sabunçu Rayon Polis İdarəsi  42-ci Polis Bölməsinə Nardaran qəsəbəsində yaşayan Aleksandr Babayevin həyətyanı sahəsində çətənə kolları yetişdirdiyi barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşları tərəfindən qeyd edilən ünvana baxış keçirilən zaman oradan 7 ədəd xüsusi qulluq edilərək yetişdirilən çətənə kolu, evdən isə 1 ədəd pnevmatik tapança və 2 ədəd küstar üsulla hazırlanmış xəncər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1af0a346-f80a-402f-808f-689ede1c7e79 42518049-fceb-4cc8-8ee1-7eac26a3465a c4c77367-ad45-4fe0-bedd-e615dfde7068