Portuqaliya millisinin kapitanı və “Real”ın üzvü Kriştianu Ronaldo aryerası ilə bağlı açıqlama verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücumçunun komandanı tərk etməyəcəyi qeyd olunub.

Futbolçunun artıq klub prezidenti Florentino Pereslə də bu məsələ ilə bağlı telefon danışığı olub.

“Mən heç vaxt “Real”ı tərk edəcəyimi deməmişəm. Dostlarımla şam yeməyində mən sadəcə vergilərlə bağlı olan problemə görə təəssüfləndiyimi bildirdim. Mənimlə cinayətkar kimi davranılmasından xoşlanmıram. Halbuki İngiltərədə olduğu kimi İspaniyada da hər zaman üzərimə düşəni etmişəm.” – deyə Ronaldo vurğulayıb.