Bakıda ev yiyəsi qonağını döyərək qətlə yetirib. Nəsimi rayon Polis İdarəsindən AzEuroNews.com-a verilən məlumata görə, İmran Qasımov küçəsi ev 7, mənzil 5 ünvanında 1972-ci il təvəllüdlü Həsənov Malik Urman oğlu münaqişə zəminində evinə qonaq gələn 1951-ci il təvəllüdlü Səlimov Zakir Hüseyn oğlunu döyərək öldürüb.

Polis əməkdaşları tərəfindən M. Həsənov saxlanılıb və barəsində cinayət işi başlanılıb. Faktla bağlı araşdırma aparılır.