İtaliyalı fermer və rəssam Dario Qambarin G-20 sammiti ərəfəsində öz meydanında traktorun köməyi ilə Vladimir Putinin portretini çəkib.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, bu əsər, 2017-ci il iyulun 7 və 8-də Hamburqda keçirilən sammitin şərəfinə yaradılıb. Biz hamımız ümid edirik ki, bu görüşdə dünyaca aktual olan iqtisadi və immiqrasiya problemləri öz həllini tapacaq-deyə o bildirib.

Rusiya prezidentinin təsviri Verona yaxınlığında 25 min kvadratmetr sahədə yaradılıb. Onuda qeyd edək ki, portretin hər iki tərəfində, “G-20 2017” və kiril əlifbası ilə “Putin” sözləri yazılıb.