Xəbər verdiyimiz kimi, aktyor Eser Yenenlerin evindəki şənlikdən sonra ayrılan Murad Bozla Aslı Enver barışıb.

“Qafqazinfo” xəbər verir ki, cütlük ötən gün İstanbulun Emirgan ərazisində görüntülənib.

Eyni vaxtda Eser Yenenler də Bebekdə kameralara tuş gəlib.  Komediya aktyoru Aslı və Muradın barışmasına münasibət bildirib:

“Mən çox rahatam, barışacaqlarını bilirdim. Evdə daha şənlik etməyəcəyik. Bir dəfə etdik, başımıza nələr gəldi. Siz də bunun şahidi olduz”.