Bakının Nizami rayonundakı yanacaqdoldurma məntəqələrindən birində döyülmə hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə, hadisə 8-ci kilometr qəsəbəsi, Mehdi Abbasov küçəsində qeydə alınıb. Həmin küçədə yerləşən yanacaqdoldurma məntəqəsinin işçisi, 46 yaşlı Həsənov Nadir Zair oğlu sürücü ilə mübahisə edib. Nəticədə sürücü onu döyərək xəstəxanalıq edib.  Hadisə ilə bağlı Nizami polisi məlumatlandırılıb. Polis hadisəni törədən şəxsi axtarır.