“Azyaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın ölümü, kənd sakini Səlminaz Quliyevanın yaralanması üzücü haldır və biz buna görə təəssüflənirik”.

AzVision.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin hərbi atteşesi James Tomson deyib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli regiona sülhün, mülki əhali üçün təhlükəsizlik və sabitliyin təmin olunması üçün ideal yoldur. Mən hadisə yeri ilə tanış olmaq üçün hərbi atteşələri bura dəvət etdiyi üçün Azərbaycan hökumətinə təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri və hərbi attaşelər Füzuli rayonunun Alxanlı kəndinə səfər ediblər.

Qeyd edək ki, səfər Azərbaycan Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluğu və Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.