Çinin “Geely” konserni uçan avtomobillərin tərtibatı ilə məşğul olan ABŞ-ın “Terrafugia” şirkətini alır.

İKT.lent.az-ın Riafan.ru saytına istinadən məlumatına görə, “Terrafugia” 2006-cı ildə ABŞ-ın Massaçusets Texnologiya Universitetinin (MİT) məzunu tərəfindən təsis edilib. Şirkət uçan avtomobillərin tərtibatını aparır.

Bütün müddət ərzində “Terrafugia” şirkəti “Terrafugia Transition”un cəmi 2 ədəd prototipini yarada bilib. Bundan başqa, şirkət Amerika Federal Aviasiya Administrasiyasının (FAA) razılığını alıb.

Hazırda ABŞ firması TF-X adlanan, üfüqi qalxma və enişə malik universal layihə üzərində çalışır. “Geely” korporasiyası isə bildirib ki, “Terrafugia” layihəsini öz heyətinə cəlb etmək niyyətindədir.