Müğənni Narana “Şok” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, bəstənin sözləri Kamala, mix-master işi Fərid Ağaya məxsusdur.

Yay ab-havalı klipi Fərid Ağa ekranlaşdırıb. Süjet xətti olmayan ekran işində Narana şıltaq qız obrazındadır.

Müğənni hesab edir ki, mahnı və klip dinləyicilərinin, xüsusilə gənclərin ürəyincə olacaq.

Qeyd edək ki, Narananın yay planları bununla bitmir. Klipin ardınca müğənni fotosessiyasını təqdim edəcək. Hazırda lirik bəstə üzərində çalışan Narana bu mahnının partlayış olacağını bildirdi.