Abşeron RPİ-nin əməkdaşları həyətində külli miqdarda narkotik vasitə olan çətənə kolları əkib-becərən şəxsi yaxalayıb. AzEuroNews.com-un məlumatına görə, Abşeron RPİ-nə Abşeron rayon Saray qəsəbəsində yaşayan 36 yaşlı Məzahir Xanməd oğlu Quliyevin həyətində narkotik tərkibli çətənə kolları əkməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal hadisə yerinə yollanan polis əməkdaşları Məzahir Quliyevin həyətyanı sahəsinə baxış keçiriblər. Orada 21 ədəd kultivasiya üsuluyla əkilmiş çətənə kolları aşkar olunaraq maddi sübut kimi götürülüb. İfadəsi zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib

Faktla bağlı Abşeron RPİ-də cinayət məcələssinin müvafiq maddəsinə uyğun olaraq cinayət işi başlanılıb. Araşdırma aparılır.

9010d75d-dc81-45a7-83f3-e52d1e597a63 b352700e-27de-4e0d-a4e7-969db973d5a2