Yeni serial “Fəda” adlanacaq.

Türkiyənin ən uzunömürlü seriallarından biri olan, Azərbaycanda da böyük maraqla izlənən “Kurtlar Vadisi”nin əfsanəsi geri qayıdır. 10 ildən artıq ekran həyatı olan serialın ssenari müəllifi Osman Sınav “Fəda” adlı yeni filmlə ekranlara dönür.

“Kanal D”də yayımlanacaq serial “Kurtlar Vadisi”nə bənzərliyi ilə diqqət çəkir. Film yeni mövsümdən yayıma başlayacaq.

Hərbi mövzunun əsas götürüləcəyi “Fəda”da 4 şəhid övladının hekayəsindən bəhs edilir. Uşaqların atası eyni gündə baş verən hain bir hücum nəticəsində öldürülür. Onlardan biri hakim, biri kəşfiyyatçı, digərləri isə polis və jurnalist olur. Uşaqlar atalarının ölümünün üzərindəki sirr pərdəsini aralamaq üçün mübarizəyə başlayırlar.