Bu ilin sentyabr ayında Azərbaycanda qeyri-iş günlərinin daha bir gün artırılacağı gözlənilir.

Sentyabrın 26-da ölkə ərazisində ümumxalq səsverməsi (referendum) keçiriləcəyindən və həmin gün bazar ertəsinə təsadüf etdiyindən qeyri-iş günü olacaq.

Belə ki, Seçki Məcəlləsinin 8-ci maddəsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.

Qeyd edək ki, bu ilin sentyabr ayında Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.