“Azərbaycan Hava Yolları” QSC (AZAL) 100 000 ton “TS-1” markalı reaktiv aviayanacağın (DÜİST 10227-2013) satın alınması məqsədilə açıq tender elan edib.

“Report” Tender Komissiyasına istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatının avqustun 18-nə qədər Heydər Əliyev Beynəlxalq Hava Limanına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Viktor Kozırevdir. Telefon: (+994 12) 497-26-00, əlavə: 29-46; 497-28-27; 437-49-36;

Təkliflərə avqustun 21-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. Qiymətləndirmə zamanı sərfəli qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə kimi meyarlara üstünlük veriləcək. İddiaçıların səlahiyyətli nümayəndəsi zərflərin açılması prosedurunda iştirak edə bilərlər.

Satın alınan malların mərhələlərlə aeroporta çatdırılması tələb olunur və ödəniş 2017-ci ilin sonuna qədər faktiki çatdırılmış reaktiv aviayanacağın həcminə əsasən həyata keçiriləcək.