Almaniyada yaşayan bir qrup həmvətənimiz Qarabağa Avropada dəstək olmaq üçün yeni “Can Qarabağ” Fan klubu təsis edib. AzEuroNews.com Avropost.com-a istinadən xəbər verir ki,  fan klub hələlik Almaniyanın Düsseldorf şəhəri  və ətrafında fəaliyyətə başlayıb. İlkin olaraq 30-a yaxın üzv qeydiyyatdan keçib.

Fan klubdan saytımıza verilən məlumata görə, Avropada yaşayan bütün həmvətənlərimiz kluba üzv ola bilərlər.