Türkiyə ölkənin cənubunda kürd dövlətinin yaradılmasına imkan verməyəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan G20 sammitinin yekunlarına dair brifinqdə söyləyib.

“Əgər Türkiyənin cənubunda kürd dövləti yaradılması nəzərdə plaşdırılırsa, biz buna yol verməyəcəyik.

Biz Türkiyənin ünvanına təhdidləri də bağışlamayacağıq”,-deyə Ərdoğan əlavə edib.

Bundan əvvəl İraq Kürdüstanı müstəqillik üçün referendum keçiriləcəyini elan edib.