“Barselona” futbol klubunun hücumçusu Messi hər həftəyə milyon funt sterlinq qazanacaq.

“Report” xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

O, dünyada belə maaş alan ilk futbolçu olacaq. Müqayisə üçün qeyd edək ki, “Real”ın hücumçusu Ronaldu hər həftəyə 365 min funt qazanır.

Bundan əvvəl isə klub futbolçu ilə müqaviləni 2021-ci ilin 30 iyununa qədər uzadacağını elan edib. Müqavilə yaxın vaxtlarda imzalanacaq.

Qəzetin məlumatlandıran mənbənin xəbərinə görə, Messi ildə təxminən 54,8 milyon funt qazanacaq.