Hamburq- Hamburqda G20 sammitinə gənclər öpüşərək etiraz ediblər. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, onların bu hərəkətinə alman polisinin müdaxiləsi gecikməyib.

Təzyiqli suyu onların üzərinə vuran polis dağlışmalarını tələb edib.

Məlumat üçün bildirək ki, Almaniyanın Hamburq şəhərində keçirilən G20 sammitinə etiraz edənlərin aksiyası günlərdir davam edir.  Aksiyalara çox sərt şəkildə müdaxilə edən alman polisi indiyə kimi 250 nəfəri saxlayıb.