Rusiya və ABŞ prezidentlərinin razılaşdığı Suriyanın cənubi-şərqində atəşkəs elanı bu gün yerli vaxtla 12:00-da qüvvəyə minib.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, atəşkəs razılaşması Suriya ilə Livan sərhəddindəki Dera, Kuneyta və Əs-Süveyda şəhərlərində qüvvədə olacaq.

ABŞ xarici işlər naziri Reks Tillerson bildirib ki, bu razılaşma ABŞ və Rusiyanın Suriyada birlikdə çalışa biləcəyini göstərmək üçün vacibdir.

Rusiya xarici işlər naziri Sergey Lavrov atəşkəsin bu şəhərlərə humanitar yardım edilməsi üçün təhlükəsizlik koridorlarının yaradılmasına kömək edəcəyini bildirib.

Qeyd edək ki, razılaşma Putin və Tramp arasında “Böyük İyirmilik” (G20) sammiti çərçivəsində baş tutan görüşdə əldə edilmişdi.